Pompeo savaşı istisna etmədi: "Cavabımız ağır olacaq" – İrana xəbərdarlıq
Dövlət katibi Hizbullaha vurulan zərbələri “İrana verilən qəti cavab” adlandırıb.
Pompeo bu hücuma qədər dəfələrlə bölgədə pozuculuq fəaliyyəti apardığını iddia etdiyi İrana xəbərdarlıq edildiyini vurğulayıb:
“Bu gün İraqda atdığımız addım Prezident Trampın aylardır dediyi kimi, İranın ABŞ əsgərinin həyatını təhlükə qarşısında qoyacağı halda, dəqiq cavab verəcəyimiz barədə nə qədər qərarlı olduğumuzu göstərir”.
Buna oxşar bir olayın yenidən təkrar baş verəcəyi təqdirdə, İranın özünə hərbi cavab veriləcəyini bildirən Pompeo ABŞ-ın regional maraqlarının qorunması çərçivəsində əlavə tədbirlər görəcəyini istisna etməyib.
Ötən ay ABŞ-ın İraqdakı hərbi bazasına silahlı hücum olub. Hücumdan sonra açıqlama yayan ABŞ hökuməti baş verənlərə görə İranı ittiham edib.
Dünən axşam saatlarında isə ABŞ hərbi qüvvələri Hizbullahın İraqdakı 5 mövqeyinə hava zərbələri endirib. Nəticədə Hizbullahın 19 hərbçisi həlak olub./Teleqraf.com/
Oxunub: 393
Xəbəri paylaş
Paylaş: