Türkiyədən üç isveçrəli terrorçu çıxarıldı
Xarici ölkə vətəndaşı olan daha üç terrorçu Türkiyədən çıxarılıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu dəfə ölkədən çıxarılan terrorçular İsveçrə vətəndaşlarıdır. Bununla da, ötən il noyabrın 11-dən bu günədək Türkiyədən çıxarılan xarici terrorçuların ümumi sayı 110 nəfəri keçib.
Qeyd edək ki, Türkiyə həbsxanalarında 800 nəfərdən artıq xarici ölkə vətəndaşı olan terrorçu saxlanılır.
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: