Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 1000-i ötdü
Gürcüstanda son sutkada daha 1 192 nəfərə koronavirus diaqnozu qoyulub, 233 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 17 477-yə, sağalanların sayı 8 060-a, dünyasını dəyişənlərin sayı isə 136-ya çatıb.
Hazırda karantində 6 300, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 388 nəfər xüsusi otellərdə müalicə olunur.
Oxunub: 368
Xəbəri paylaş
Paylaş: