Yaponiyada bugünədək koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb. Belə ki, son sutka ərzində ölkədə 15 mindən çox yeni yoluxma qeydə alınıb. Bugünədək ölkədə koronavirusdan ölənlərin sayı isə 15,2 min nəfərə çatıb. Qeyd edək ki, paytaxt Tokioda iyulun 12-dən etibarən epidemioloji ... Ətraflı »
Yaponiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

"Koronavirusa qarşı nailiyyətlər tənəzzülə uğrayır "- Dünya real təhlükə dövründə

“Dünya real təhlükə dövrünə qədəm qoyub və koronavirusa qarşı mübarizə ilə bağlı əldə edilən nailiyyətlər hazırda tənəzzülə uğrayır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr üçün Cenevrədə keçirilən brifinq zamanı təşkilatın Baş katibi Tedros Adanom Qebreisus deyib. Onun sözlərinə ... Ətraflı »
Sərt karantin rejimi aktiv xəstə sayına görə tətbiq olunacaq - AÇIQLAMA

"Gündəlik yoluxma sayına görə qapanma tətbiq edilməyəcək. Amma aktiv xəstə sayına görə qoyulacaq. Gündəlik yoluxma sayının artım tempi dəhşətli dərəcədə deyil". Bu sözləri həkim-mütəxəssis Vasif İsmayıl "ARB24”ə müsahibəsi zamanı bildirib. O əlavə edib ki, Azərbaycanda çox ciddi ... Ətraflı »
Zəngəzur dəhlizinin layihəsi hazırlanır - RƏSMİ

“Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizinin layihəsi hazırlanır". Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib. Onun ... Ətraflı »
Türkiyədə 196 yanğın nəzarət alındı

Türkiyənin 44 əyalətində davam edən 208 yanğından 196-sı nəzarət altına alınıb. Antalya, Muğla, Adana, Aydın, İsparta və Dənizli bölgələrindəki yanğınların söndürülməsi üzrə işlər davam etdirilir. Günlərdir davam edən Manavqat ərazisindəki yanğın səhər saatlarında nəzarət altına alınıb. Qeyd edək ... Ətraflı »
Ələt azad iqtisadi zonası Azərbaycana yeni texnologiyaların cəlbini hədəfləyir

Ələt azad iqtisadi zonası Azərbaycana yeni texnologiyaların cəlb olunmasını, ölkənin investisiya potensialının inkişafını hədəfləyir. Bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib. O qeyd edib ki, azad iqtisadi zonanın normativ-hüquqi bazası ... Ətraflı »
Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyəcək

Gürcüstan Rusiya ilə dilomatik münasibətləri bərpa etməyəcək. Gürcüstan KİV-i xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze açıqlama verib. Onun sözlərinə görə, rəsmi Tbilisi Moskva ilə ticarət, iqtisadi və humanitar əlaqələri inkişaf ... Ətraflı »
İbrahim Rəisi: "İran nüvə silahı hazırlamayacaq"

“İran nüvə silahı istehsal etmək niyyətində deyil, belə bir silah müdafiə strategiyamızda nəzərdə tutulmayıb”. Bunu İran Prezidenti İbrahim Rəisi andiçmə mərasimi zamanı bildirib. “İranın nüvə proqramı sırf dinc xarakter daşıyır. Ali dini liderimizin fətvasına görə, nüvə silahı qadağan olunub” – ... Ətraflı »
ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı genetik məlumatlar alıb

ABŞ kəşfiyyat orqanları koronavirusun mənşəyini təyin etmək üçün çoxlu genetik məlumatları araşdırır və hazırda Çin dilində mütəxəssislərə ehtiyac yaranıb. Bu barədə məlumatı mənbələrə istinadən “CNN” yayıb. Araşdırılan məlumatlar içərisində Çinin Uhan şəhərindəki laboratoriyada öyrənilən virus ... Ətraflı »
Gürcüstanda koronavirusdan ölənlərin sayı 6 mini keçib

Gürcüstanda ötən sutkada daha 3 780 nəfərdə koronavirus aşkarlanıb, 2 052 nəfər müalicə olunaraq sağalıb. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Son 24 saat ərzində 30 ölüm faktı qeydə alınıb. İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 440 353 ... Ətraflı »




















