Ermənistanda daha 265 nəfərdə koronovirus aşkarlandı - 2 nəfər ölüb

Ermənistanda son sutka ərzində daha 265 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 172 058 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə həm də 2 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3192 olub.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 815 nəfərdir.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: