Ermənistanda daha 223 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər ölüb

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 170 234 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 1 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3159 olub.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 799 nəfərdir.
İndiyədək 161 903 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 373 aktiv koronavirus xəstəsi var.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: