İranda ayrı-seçkiliyə qarşı etiraz aksiyaları -
Polis zor tətbiq etdi /FOTO
Güney Azərbaycanın Qəzvin və Təbriz şəhərlərində təqaüdçülərin etiraz aksiyası keçirilib.
GAMOH-un məlumatına görə, təqaüdçülər ayrı-seçkiliyə etiraz ediblər. Narazılıq dövlət və hərbi təqaüdçülər arasındakı fərqli ödəniş sistemi ilə bağlıdır.
Artıq bu il məsələ ilə bağlı 4 dəfə etiraz aksiyası keçirilib.
Şərqi Azərbaycan və Qəzvin ostanlarının Sosial Təminat İdarələrinin binaları qarşısında toplaşan təqaüdçülər ayrı-seçkiliyin aradan qaldırılmasını tələb ediblər.
Təqaüdçülərin dünən Tehran şəhərində keçirdiyi aksiya isə polis tərəfindən dağıdılıb.
Polis qüvvələri üzərində etirazçıların istəkləri yazılan plakat və banerləri alıb, təqaüdçülərə qarşı zor tətbiq edərək aksiyanı dağıdıb.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: