Gürcüstanda son sutkada 1 077, Ermənistanda isə 961 yoluxma qeydə alınıb - 8 gürcü, 18 erməni ölüb

Gürcüstanda son sutkada daha 1 077 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 8 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 293 321-ə, ölənlərin sayı 3 916-ya çatıb.
Son 24 saat ərzində sağalanların sayı isə 442 nəfər artaraq 279 831 olub.
Ermənistanda isə son sutkada koronavirusa 961 yoluxma qeydə alınıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 207 103-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 835 nəfərə yüksəlib. Koronavirusdan sağalanların sayı isə 186 200-ə çatıb. Hazırda 16 099 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib. Sonra bu qərar karantin rejimi ilə əvəzlənib. Karantin rejiminn müddəti isə 2021-ci il iyulun 11-dək uzadılıb.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: