“Xilafətin dirçəlişi Pakistanın marağında deyil”-
Əşrəf Qani
Əfqanıstanda İslam Əmirliyinin dirçəlişi Pakistanın marağında deyil.
Belə bəyanatla mayın 13-də Əfqanıstanın prezidenti Əşrəf Qani Pakistan ordusunun qərargah rəisi Kamar Caved Bacavının sözlərinə istinadla çıxış edib.
«Pakistan ordusunun qərargah rəisi işarə edib ki, Əfqanıstanda İslam Əmirliyinin dirçəlişi Pakistanın milli maraqlarına cavab vermir» - Qani bildirib. İd əl-Fitr bayramı münasibətilə keçirilən duadan sonra Kabulda prezident sarayında Qani xalqa müraciət edib və «Taliban»ı hazırkı imkandan istifadə edərək, müharibəyə son qoymağa çağırıb. Qaninin sözlərinə görə, xarici orduların ölkədən çıxarılmasına başlanması sülhün bərqərar olmasına ən böyük şans verir və o, «Taliban»ı bu tarixi imkanı əldən verməməyə çağırıb.
«Siz, öz zorakılığınızla nə demək istəyirsiniz? Nə üçün siz, ölkəni dağıdırsınız? Taliblərin tam nəzarət etdikləri bircə rayonu mənə göstərin və deyin ki, orada nə isə tikilib» - Qani deyib.
Prezident həm də «Taliban»ın lideri Xibatulla Axundzadənin bayram müraciətinə cavab verib: «Cənab Xibatulla, insanları təslim olmağa çağırmazdan əvvəl bizim xalqımızın tarixinə nəzər salın - o, heç vaxt təslim olmur».
Qaninin fikrincə, Əfqanıstanda münaqişənin yeganə həlli siyasi kompromisdir. Bu zaman respublika sisteminin üstünlüyü ondan ibarətdir ki, «hər bir prezident öz postundan gedir». O, inandırıb ki, ordunun çıxarılmasından sonra, beynəlxalq birliklə əməkdaşlıq əvvəlkindən yaxşı və daha müntəzəm olacaq.
«Bölgəsel konsensus ona görə gücləndirilir ki, orta Asiyada Əfqanıstanın açar rolu möhkəmlənsin» - Qani əlavə edib.