“Taliban” əyalət mərkəzinə daxil olub"- KİV
“Taliban” hərəkatının silahlı dəstələri Əfqanıstanın şimalındakı Cuzcan əyalətinin mərkəz şəhəri Şəbərğana daxil olublar.
Yerli KİV xəbər verir ki, hazırda şəhərdə döyüşlər gedir. “Taliban” döyüşçüləri ölkənin sabiq vitse-prezidenti, özbək səhra komandiri Rəşid Dustumun evini yandırıblar.
“Sinxua” xəbər verir ki, Əfqanıstan ordusunun verdiyi açıqlamaya görə, şəhər ətrafındakı döyüşlər zamanı “Taliban”ın 40 üzvü öldürülüb, 15-i əsir götürülüb.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: