"Taliban" hərəkatının BMT-də də təmsilçiliyi olacaq
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının BMT-dəki təmsilçiliyinin reallaşması məsələsi noyabr ayından tez olmayacaq.
Bu barədə "İnterfaks"a BMT-dəki mənbə bildirib.
"Bu məsələdə tələsmək lazım deyil. Məsələ noyabr ayında müvafiq komitədə müzakirəyə çıxarılacaq", - mənbə bildirib.
Qeyd edək ki, ötən gün "Taliban" Əfqanıstan təmsilçisi kimi BMT Baş Assambleyasında çıxış üçün müraciət edib. "Taliban" avqustun ortalarında Əfqanıstanın paytaxtı Kabilə daxil olaraq, ölkədə hakimiyyəti ələ keçirdiyini elan edib.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: