“Taliban” Çin, Pakistan və Tacikistanla sərhədə “intihar batalyonu” göndərdi
“Taliban” sərhəd bölgələrinə xüsusi “intihar batalyonu” göndərib.
Həmin qrup Bədəxşan bölgəsində yerləşəcək. Sözügedən dəstələrdən həmçinin Əfqanıstanın keçmiş hökumətinə sadiq qüvvələrlə mübarizədə istifadə olunacaq.
Batalyona “Ləşkər-e-Mənsuri”, yəni “Mənsurun ordusu” adı verilib.
Qeyd edək ki, “intihar batalyonu”nun göndərildiyi Bədəxşan bölgəsi Pakistan, Tacikistan və Çinlə sərhəddə yerləşir./“Khaama Press”
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: