ABŞ-ın Suriyadakı müttəfiqi Türkiyədən narazılıq edir
«Suriya demokratik qüvvələri»nin komandanı Məzlum Abdi oktyabrın 21-də Türkiyə PUA-larının Suriya kürdlərinə qarşı hücumunu pisləyib.
Bu barədə kürd «Rudaw» agentliyi xəbər verib.
Məzlum Abdi öz "Tvitter"ində yazıb: «Suriyalılar sabitlik tələb etdikləri bir vaxtda, ölkəyə soxulmuş Türk dövləti sazişi pozur. Kobanidə dinc sakinlərin atəşə tutulması təxribat idi və müharibə törətməyə hesablanıb».
O, həm də Rusiya və ABŞ-ı bu rayonda sülhün saxlanması istiqamətində öz borcunu yerinə yetirməyə çağırıb.
Bundan əvvəl türk PUA-larının Kobanidə kürd üsyançılarının mövqelərinə zərbələri barədə xəbər verilmişdi. «Suriya demokratik qüvvələri» əsasən kürdlərdən ibarətdir və ABŞ-ın müttəfiqi sayılır.
Oxunub: 75
Xəbəri paylaş
Paylaş: