Saakaşvilinin ürəyində problem yaranıb - Nikoloz Kipşidze

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ağırlaşmaqda davam edir.
Gürcüstan KİV-i xəbər verir ki, bu barədə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlama verib.
“Saakaşvili həbs olunduğu gündən aclıq edir. Eks-prezidentin test cavablarını almışıq və konsilium keçirmişik. Nəticələr ötən həftə ilə müqayisədə pisləşib. Prezident zəifləyib və ürək döyüntülərinin artmasından şikayətlənir” – deyə Kipşidze açıqlama verib.
Eks-prezidentin şəxsi həkimi, vəkilləri və yaxınları hər gün Saakaşvilinin səhhətinin pisləşməsindən danışır. Hakimiyyət orqanları Saakaşvilini yalnız Tbilisidəki həbsxana nəzdindəki xəsətxanaya yerləşdirməyə razıdır.

Oxunub: 228
Xəbəri paylaş
Paylaş: