Gürcüstanda COVID-19 dəhşəti: son sutkada 3 700 yoluxma, 81 ölü
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 700 yoluxma halı qeydə alınıb, 81 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 784 091, ölənlərin sayı isə 10 975 nəfərə çatıb. Virusa yoluxanlardan 716 381 nəfərin sağaldığı bildirilir.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: