Məşhur müğənni Kikabidze hospitalda Saakaşvilini ziyarət etdi...

"Dedim ki, Saakaşvili sizin vətəndaşınızdır və siz onu aparmalısınız, əks halda öldürüləcək..."
Gürcüstanlı məşhur müğənni və rəssam Vaxtanq Kikabidze Qori hərbi hospitalında olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini ziyarət edib.
Bu haqda "Kommersant" nəşri məlumat yayıb.
Siyasətçi həbsxanada elan etdiyi 50 günlük aclıq aksiyasından sonra müalicə alır. Sənətçi Saakaşvilinin “yaxşı olmadığını” deyib. Onlar Vaxtanq Kikabidzenin Ukrayna prezidenti Vladimir Zelenski ilə son görüşünü müzakirə ediblər. Gürcü müğənni cənab Zelenskinin şoumen olduğu günlərdən onun yaxın dostu hesab olunurdu. Vaxtanq Kikabidze özü Gürcüstan parlamentinin Mixail Saakaşvilinin yaratdığı müxalif Vahid Milli Hərəkat Partiyasından deputatdır.
“Onun vəziyyəti yaxşı deyil, buna heç bir şübhə yoxdur, bunu gözlərindən də görmək olar. O, mənə çay verdi və hər şeyi ətraflı danışdı... Zelenskinin mənimlə necə görüşdüyünü də müzakirə etdik. Dedim ki, Saakaşvili sizin vətəndaşınızdır və siz onu aparmalısınız, əks halda öldürüləcək.
O cavab verdi ki, bu gündən zəng etməyə başlayacaq, bundan sonra Tbilisiyə Ukraynanın bir xalq müdafiəçisi, daha sonra isə vəkil gəlib”, - deyə cənab Kikabidze jurnalistlərə bildirib. O, Polşanın “Saakaşvilini qəbul etməyə və onun qayğısına qalmağa hazır olduğunu” da iddia edib.
Mixail Saakaşvili oktyabrda Ukraynadan Gürcüstana qayıtdıqdan sonra saxlanılıb. O, əvvəllər vətənində bankir Sandro Girqvlianinin qətlində və deputat Valeri Gelaşvilinin döyülməsinə görə qiyabi məhkum edilib. Saakaşvilinin digər cinayət işlərində, o cümlədən sərhədi qanunsuz keçməkdə də adı hallanır. Vladimir Zelenski Mixail Saakaşvilini Ukraynaya qaytaracağına söz verib. Gürcüstan eks-prezidenti isə onu Ukraynaya təhvil verməyəcəyini bəyan edib.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: