Koronavirus ABŞ-ın liderliyini bitirəcək –
ABŞ professoru
Koronavirus pandemiyası qloballaşmanın dayanmasına, ABŞ-ın liderliyinin qürubuna, millətçi əhval-ruhiyyənin artımına, eləcə də dayanıqlı dünya iqtisadi sisteminin yaradılmasına gətirib çıxaracaq.
Bunu “Forin Polisi”yə açıqlamasında Harvard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Stiven Uolt deyib.
“Pandemiya dövlətləri gücləndirəcək və millətçi əhval-ruhiyyəni artıracaq. Bütün tip hakimiyyətlər böhranla mübarizə üçün fövqəladə tədbirlərə gedəcək. Çoxları böhran bitdikdən sonra özlərinin yeni səlahiyyətləri ilə vidalaşmaq istəməyəcək. COVİD-19 hakimiyyət keçidini sürətləndirəcək və Qərbdən Şərqə təsiri artıracaq. Xülasə, COVİD-19 daha az açıq, daha az çiçəklənən və daha az azad dünyaya səbəb olacaq”, – deyə o bildirib./axar.az