"Vaksinlərin qeyri-bərabər paylanması insanlığın iflasıdır..."- ÜST-ün baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri deyir ki, COVID-19-a yoluxma hallarındakı artım vaksinlərin qeyri-bərabər paylanmasının nəticəsidir.
Afrikada Birinci Beynəlxalq İctimai Sağlamlıq Konfransında çıxış edən ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus deyib ki, ilk COVID vaksinləri tətbiq olunmağa başlayandan bəri artıq bir ildən çox vaxt keçib.
O bildirib: “Bir il öncə biz vaksinlərin bizim hamımıza pandemiyanın uzun, qaranlıq tunelindən çıxmağa yardım edəcəyinə ümid bəsləyirdik. Amma əvəzinə pandemiyanın üçüncü ilinə girdiyimiz bir vaxt, ölüm halları üç qat artıb, dünya isə hələ də çətin vəziyyətdədir. COVID-19 5 milyondan çox insanı öldürüb. Və bunlar hələ qeydə alınanlardır.”
Tedros virtual konfrans zamanı bildirib ki, bir deyil, bir neçə vaksinin sürətli şəkildə inkişaf etdirilməsi elmin triumfudur. Ancaq o deyib ki, “vaksinlərin qeyri-bərabər şəkildə paylanması insanlığın iflasıdır.”

ÜST rəhbəri bildirib ki, dünya boyu 8.5 milyard doza vaksin vurulsa da, Afrikada əhalinin yalnız 8 faizi peyvənd olunub.
“Biz tez-tez deyirdik ki, vaksin bərabərsizliyi davam etdikcə, virus heç kəsin qarşısını ala bilmədiyi və ya təxmin etmədiyi sürətdə yayılmağa və mutasiya etməyə davam edəcək. Və indi də qarşımızda "omikron" var,”- o deyib.
Tedros Gebreysus qeyd edib ki, buna baxmayaraq, vaksin paylama proqramları “sürətlənir.” O deyib ki, “COVAX son 10 həftədə ilin ilk doqquz ayı ilə müqayisədə daha çox vaksin göndərib.”
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: