Azərbaycanda koronavirusa yoluxma sayı azaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.
Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək 6 607 460 test aparılıb.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: