ABŞ Ukraynaya “Patriot” kompleksləri göndərməyəcək
“ABŞ yerli istehsalı olan “Patriot” zenit-raket komplekslərinin Ukraynada yerləşdirilməsinin mümkünlüyünü müzakirə etmir”.
Globall.az “Strana”ya istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı deyib.
O bildirib ki, bu, ukraynalı həmkarlarına təlim keçmək üçün ABŞ ordusunun mövcudluğu demək olardı.
“Biz aydın olaraq bildirmişik ki, ABŞ qüvvələri Ukraynada döyüşməyəcək”, - deyə Kirbi əlavə edib.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: