Putindən Krım və Sevastopolla bağlı KRİTİK QƏRAR:
Bu tarixə qədər...
Rusiya Prezidenti Vladimir Putin Krımın və Sevastopolun inkişafı üzrə dövlət proqramının 2027-ci ilə, gələcəkdə isə 2030-cu ilə qədər uzadılmasını təklif edib.
Rusiya dövlət başçısı həmçinin Krım və Sevastopolda rahat şəhər mühitinin yaradılması proqramına ayrılan vəsaitin həcmini azaltmamağı tələb edib.
Putin müasir infrastrukturun yaradılmasını Krımda turizmin, aqrar-sənaye kompleksinin və digər sənaye sahələrinin inkişafının açarı adlandırıb.
Rusiya Prezidenti əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar bir çox problemlər yaradır, həm də yeni imkanlar açır.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: