Tofiq Yaqublu saxlanıldı və buraxıldı
Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu sərbəst buraxılıb.
Bu barədə onun qızı Nigar Həzi bildirib.
Xatırladaq ki, T.Yaqublu bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya keçirmək istəyərkən saxlanılmışdı.
***
Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.
Nigar Həzi aksiyada bir sıra digər müxalifət fəallarının da saxlanıldığını bildirib.
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: