Daha bir qazi özünü yandırdı
- Vəziyyəti ağırdır
Daha bir qazi özünü yandırıb. Globall.az xəbər verir ki, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər. Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır. Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır. (modern.az)
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: