Yanacaqdoldurma məntəqəsində qətl: Bir-birilərini güllələdilər
Yanacaqdoldurma məntəqəsində silahlı insident zamanı iki nəfər ölüb
Ankarada yanacaqdoldurma məntəqəsində mübahisə edən iki şəxs arasında silahlı dava düşüb. Bir-birinə atəş açan hər iki şəxs bədənlərinə dəyən güllələrdən dünyasını dəyişib.
Məlumata görə, aralarında düşmənçilik olduğu iddia edilən Hüseyn Y. ilə Resul K Altındağ rayonunda Şəhid Ömər Halisdemir bulvarında yerləşən yanacaqdoldurma məntəqəsində görüşüb.
Görüş zamanı mübahisə etməyə başlayan Hüseyn Y. ilə Resul K tapança ilə bir-birlərinə atəş açıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları 2 nəfərin öldüyünü müəyyən ediblər. Polis hadisənin səbəblərini araşdırır.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: