Ankara ilə Astana arasında ilk birbaşa uçuş oldu
Türk Hava Yolları Ankara Esenboğa Hava Limanından Qazaxıstanın paytaxtı Astanaya ilk birbaşa uçuşunu həyata keçirib. Bu barədə TRT məlumat yayıb. Məlumata görə, ilk səfərdə 140 sərnişin olub. Hələlik Ankara ilə Astana arasında həftədə iki uçuş təşkil ediləcək.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: