Bu ölkədə ukraynalı qaçqınları görün nəyə məcbur edirlər...
İsveçrədə ukraynalı qaçqınlar avtomobillərini satmağa məcbur olublar. Globall.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bir ildən artıqdır İsveçrədə yaşayan və sosial müavinət alan ukraynalı qaçqınlara avtomobillərinin qiyməti kanton hakimiyyətinin müəyyən etdiyi limiti keçdiyi halda onları satmaq əmri verilib. Belə ki, Lütsern kantonu ukraynalı qaçqınlara bir ay ərzində dəyəri adambaşına və ailəyə düşən müavinətdən çox olan avtomobilləri satmağı əmr edib. Bundan sonra satışdan əldə edilən gəlirdən asılı olaraq, müavinətlər müəyyən müddətə dayandırılacaq. Jurnalistlərin məlumatına görə, İsveçrənin bir sıra digər kantonlarında, xüsusilə Aarqau, Bazel-Ştadt, Bern və Sürixdə də ukraynalı qaçqınların əmlakının yoxlanılmasına başlanılıb.
Oxunub: 171
Xəbəri paylaş
Paylaş: