AVRO-2024: Fransa və Niderland sensasiyaya imkan verməyiblər
AVRO-2024-ün seçmə mərhələsində II turun daha 8 oyunu keçirilib. “Report”un məlumatına görə, B, E, F və G qruplarında növbəti matçlar baş tutub. Azərbaycan millisinin İsveçə 0:5 hesabı ilə məğlub olduğu F qrupunun digər görüşündə Avstriya Estoniya üzərində 2:1 hesablı qələbə qazanıb. B qrupunun favoritlərindən Niderland öz meydanında, Fransa səfərdə aktivinə 3 xal yazdıraraq, sensasiyaya imkan verməyiblər. AVRO-2024, seçmə mərhələ II tur 24 mart B qrupu 22:45. Niderland - Cəbəllütariq – 3:0 Qollar: Memfis Depay, 23, Natan Ake, 50, 82 22:45. İrlandiya – Fransa – 0:1 Qol: Benjamin Pavar, 50 Xal durumu: Fransa – 6. Yunanıstan – 3, Niderland - 3. İrlandiya - 0, Cəbəllütariq - 0 E qrupu 22:45. Polşa – Albaniya – 1:0 Qol: Karol Sviderski, 41 22:45. Moldova – Çexiya – 0:0 Xal durumu: Çexiya – 4. Polşa – 3. Moldova – 2. Farer adaları - 1, Albaniya - 0 F qrupu 22:45. İsveç - Azərbaycan – 5:0 Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (avtoqol), Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89 22:45. Avstriya – Estoniya – 2:1 Qollar: Florian Kainz, 68, Mixael Qreqoritş, 88 - Rauno Sappinen, 25 Xal durumu: Avstriya – 6. Belçika - 3, İsveç – 3. Estoniya - 0, Azərbaycan - 0 G qrupu 22:45. Macarıstan – Bolqarıstan – 3:0 Qollar: Balint Veçsey, 7, Dominik Şoboşlay, 26, Martin Adam, 39 22:45. Monteneqro – Serbiya – 0:2 Qollar: Duşan Vlahoviç, 78, 90+6 Xal durumu: Serbiya – 6. Macarıstan – 3, Monteneqro – 3. Litva – 0, Bolqarıstan – 0