Qətər daha bir dünya çempionatına ev sahibliyi edəcək
2027-ci ildə basketbol üzrə kişilər arasında dünya çempionatı Qətərdə keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyası (FIBA) qərar qəbul edib. Bütün qarşılaşmalar paytaxt Dohada gerçəkləşəcək. 2026-cı ildə qadınların mundialı Almaniyada baş tutacaq. Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə təşkil olunub.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: