Ağ Ev rəsmisi: “Ukrayna əks-hücum üçün bütün lazımi silahlarla təmin olunub”
Ukrayna əks-hücum üçün bütün lazımi silahlarla təmin olunub.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.
“Ukraynanın qarşıdakı həftələr və aylarda əks-hücum əməliyyatına başlaması üçün lazım olan hər şey var”, - deyə o vurğulayıb.
Kirbi əks-hücumun başlama tarixini açıqlamayıb. Onun sözlərinə görə, bilsəydi belə, bu barədə açıqlama verməzdi.
“Bu barədə Ukrayna Prezidenti Voladimir Zelenski danışa bilər”, - deyə Kirbi əlavə edib.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: