Avropa Liqası: "Yuventus" məğlubiyyətdən qaçıb, "Roma" "Bayer"ə qalib gəlib
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
"Report"un məlumatına görə, raundun hər iki qarşılaşması eyni gündə keçirilib.
İtaliyada baş tutan matçlarda "Yuventus" İspaniya "Sevilya"sı ilə 1:1 hesablı heç-heçə edib, "Roma" isə Almaniyanın "Bayer" klubuna qalib gəlib.
Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may
23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya) - 1:1
Qollar: Federiko Qatti, 90+7 - Yussef en-Nesiri, 26
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu
23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya) - 1:0
Qol: Edoardo Bove, 63
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: