ABŞ dövlət katibi: “İsveçin NATO-ya daxil olmasının vaxtı çatıb”
NATO üzvlərinin İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması prosesini başa çatdırmağın vaxtı çatıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. “Biz inanırıq ki, vaxt gəlib çatıb və irəliləməmək üçün heç bir səbəb yoxdur”-deyə, o bildirib. Dövlət katibi qeyd edib ki, İsveç NATO üzvü Türkiyənin irəli sürdüyü təhlükəsizlik problemlərini həll etmək üçün əlamətdar addımlar atıb və təşkilata sadiqliyini dəfələrlə sübut edib.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: