Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu medal qazana bilməyib
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatını medalsız başa vurub. "Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə dueldən qalib ayrılıb. İdmançı növbəti raundda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb. Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: