Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MEHDİYEV-MƏMMƏDOV “İŞBİRLİYİ”NİN İLGİNC DETALLARI...- Ziya Məmmədovun qardaşına nə vəd edilmişdi?
“Silahla gəlib dedi ki, Ramiz Mehdiyev göndərib, SİZİ ÖLDÜRMƏK DAHA UCUZ BAŞA GƏLƏR” - SENSASİON MÜSAHİBƏ
SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT - Cavanşir Paşazadə özünü necə ”reklam edir”?
Press-fakt.az
    
  • Fəzail Ağamalı ilə oğlu arasında partiyada SƏDRLİK DAVASI
    QALMAQAL: Fəzail Ağamalı ilə oğlu arasında partiyada SƏDRLİK DAVASI
  • 
  • İlham Əliyev Tokayevi Respublika Günü münasibətilə təbrik etdi
    İlham Əliyev Tokayevi Respublika Günü münasibətilə təbrik etdi
  • 
  • 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb
    2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb
  • 
  • General İlqar Abbasov işdən niyə çıxarılıb?-
    General İlqar Abbasov işdən niyə çıxarılıb?- Dili başına bəla olub
  • 
  • keçmiş sovet ölkələri ilə əlaqələri bu şəxs quracaq
    Kremldə yeni təyinat:  keçmiş sovet ölkələri ilə əlaqələri bu şəxs quracaq
  • 
  • 2026-cı ildə səyahət üçün ən yaxşı yerlər - 
    2026-cı ildə səyahət üçün ən yaxşı yerlər -  SİYAHI
  • 
  • Rusiya Kiyevi ballistik raketlərlə vurub:
    Rusiya Kiyevi ballistik raketlərlə vurub: Şiddətli yanğınlar, çoxsaylı yaralı və ölü
  • 
  • “VAQNER” Britaniyada terror-diversiya ƏMƏLİYYATI KEÇİRİB -
    “VAQNER” Britaniyada terror-diversiya ƏMƏLİYYATI KEÇİRİB - Dəstə üzvlərinə ağır cəza verildi
  • 
  • Ötən gün axtarışda olan 136 nəfər saxlanılıb
    Ötən gün axtarışda olan 136 nəfər saxlanılıb
  • 
  • Gələn il 1 milyon 100 min nəfərin pensiyası BU QƏDƏR ARTACAQ
    Gələn il 1 milyon 100 min nəfərin pensiyası BU QƏDƏR ARTACAQ
  • 
  • Noyabrın 8-də Bakıda hərbi parad, Zəfər konserti və atəşfəşanlıq olacaq
    Noyabrın 8-də Bakıda hərbi parad, Zəfər konserti və atəşfəşanlıq olacaq
  • 
  • Şərqşünas Ruslan Süleymanov “XARİCİ AGENTLƏR”“ SİYAHISINA SALINDI
    Şərqşünas Ruslan Süleymanov “XARİCİ AGENTLƏR”“ SİYAHISINA SALINDI
  • 
  • Bu gün
    Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötür
  • 
  • Fransa Ukraynaya qoşun göndərməyə hazırdır -
    Fransa Ukraynaya qoşun göndərməyə hazırdır - General Pyer Şill
  • 
  • ABŞ Qəzza Komandanlıq Mərkəzinə rəhbər təyin edib
    ABŞ Qəzza Komandanlıq Mərkəzinə rəhbər təyin edib
  • 
  • “Moskvanın cavabı sərt olacaq” -
    “Moskvanın cavabı sərt olacaq” - Mariya Zaxarova
  • 
  • Erməni kilsəsinə məxsus “Şoqakat” telekanalı bağlanır
    Erməni kilsəsinə məxsus “Şoqakat” telekanalı bağlanır
  • 
  • ABŞ Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib
    ABŞ Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib
  • 
  • Rusiyada hər ay 300 nəfər “terrorçu” elan edilir -
    Rusiyada hər ay 300 nəfər “terrorçu” elan edilir - Hər 10 “terrorçu”dan 1-i yeniyetmədir
  • 
  • Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək
    Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək
  • 
  • Prezidentin vəzifədən azad etdiyi general kimdir? -
    Prezidentin vəzifədən azad etdiyi general kimdir? - DOSYE
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Sabah Türkiyə parlamentinin komissiyası “Şuşa Bəyannaməsi”ni müzakirə edəcək
  • TBMM Şuşa Bəyannaməsini təsdiq edəcək
  • Ərdoğan da Şuşa Bəyannaməsini təsdiqlədi QƏRAR İMZALADI
  • Türkiyənin Azərbaycandakı səfiri Şuşa Bəyannaməsinin təsdiqlənməsinə münasibət bildirib
  • Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək
  • Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür

    • Tarix: 15-06-2023, 10:30

    Bu gün Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından iki il keçir.

    Oxu.Az xatırladır ki, sənəd 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

    Sənəd “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” adlanır.

    Şuşa Bəyannaməsində bildirilir:

    “Azərbaycan Respublikası və Türkiyə Respublikası,

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,

    İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,

    9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq,

    İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq,

    Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək,

    Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq,

    Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,

    Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək,

    Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək,

    Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq,

    Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər:

    Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

    Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.

    Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

    Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar.

    Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

    Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

    Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

    Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

    Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

    Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

    Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

    Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.

    Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

    Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

    Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

    Tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.

    Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.

    Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.

    Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

    Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.

    Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.

    Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.

    Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir.

    Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.

    Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

    Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.

    Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.

    Tərəflər parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını təşviq edirlər.

    Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.

    Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər.

    Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.

    Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

    Tərəflər bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər.

    Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.

    Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanb, bütün mətnlər bərabər autentikdir”.

    Xatırladaq ki, Bəyannamə 2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilib.


    Oxunub: 69
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      25-10-2025
      15:00 | QALMAQAL: Fəzail Ağamalı ilə oğlu arasında partiyada SƏDRLİK DAVASI
      14:50 | İlham Əliyev Tokayevi Respublika Günü münasibətilə təbrik etdi
      14:00 | Ağdaş polisi Göyçay dələduzunu HƏBS EDİB – Fermerlərə külli miqdarda pul atıb /FOTO
      13:55 | DEPUTAT Elman Nəsirovun QIZI VİDEO YAYDI -  ATASINI "QURU YUYUB YAŞ SƏRDİ" /VİDEO
      13:45 | 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb
      13:00 | 30-dan çox şəxsə orqan köçürülüb, 1021 nəfər növbədədir -  RƏSMİ
      12:30 | Kənd təsərrüfatı YOXLAMALARI: Rəqəmlər ŞİŞİRDİLİB, İDXAL MƏHSULLARI YERLİ İSTEHSAL kimi GÖSTƏRİLİB
      12:25 | General İlqar Abbasov işdən niyə çıxarılıb?- Dili başına bəla olub
      12:00 | RUSİYA - UKRAYNA MÜHARİBƏSİ BİTİR?- Putinin ABŞ-a göndərdiyi şəxsdən sensasion açıqlama
      11:44 | Kremldə yeni təyinat:  keçmiş sovet ölkələri ilə əlaqələri bu şəxs quracaq
      11:40 | 2026-cı ildə səyahət üçün ən yaxşı yerlər -  SİYAHI
      11:30 | “Bizim narkobaronlar sənin ölkəndə KEF EDİRLƏR”- Kolumbiya prezidenti
      11:20 | Rusiya Kiyevi ballistik raketlərlə vurub: Şiddətli yanğınlar, çoxsaylı yaralı və ölü
      11:15 | “VAQNER” Britaniyada terror-diversiya ƏMƏLİYYATI KEÇİRİB - Dəstə üzvlərinə ağır cəza verildi
      11:10 | Ötən gün axtarışda olan 136 nəfər saxlanılıb
      11:07 | Gələn il 1 milyon 100 min nəfərin pensiyası BU QƏDƏR ARTACAQ
      11:00 | Noyabrın 8-də Bakıda hərbi parad, Zəfər konserti və atəşfəşanlıq olacaq
      01:00 | ABŞ Venesuelaya hücum edəcək -  HƏDƏF BƏLLİDİR
      00:55 | Şərqşünas Ruslan Süleymanov “XARİCİ AGENTLƏR”“ SİYAHISINA SALINDI
      00:50 | Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötür
      00:45 | “Gündə 8 saat yuxu” mifinin sonu - Bu qədər yatmaq kifayətdir...
      00:45 | Fransa Ukraynaya qoşun göndərməyə hazırdır - General Pyer Şill
      00:40 | ABŞ Qəzza Komandanlıq Mərkəzinə rəhbər təyin edib
      00:35 | MEHDİYEV-MƏMMƏDOV “İŞBİRLİYİ”NİN İLGİNC DETALLARI...- Ziya Məmmədovun qardaşına nə vəd edilmişdi?
      00:33 | “Moskvanın cavabı sərt olacaq” - Mariya Zaxarova
      00:30 | Erməni kilsəsinə məxsus “Şoqakat” telekanalı bağlanır
      00:25 | Vanqanın növbəti 75 il üçün PROQNOZLARI - Onlar həqiqətən DƏHŞƏTLİDİR
      00:20 | ABŞ Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib
      00:15 | “Silahla gəlib dedi ki, Ramiz Mehdiyev göndərib, SİZİ ÖLDÜRMƏK DAHA UCUZ BAŞA GƏLƏR” - SENSASİON MÜSAHİBƏ
      00:08 | Rusiyada hər ay 300 nəfər “terrorçu” elan edilir - Hər 10 “terrorçu”dan 1-i yeniyetmədir
      00:05 | Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək
      00:03 | Napoleon Bonaparta məxsus brilyant zinət əşyaları hərraca çıxarılacaq
      00:00 | Prezidentin vəzifədən azad etdiyi general kimdir? - DOSYE
      24-10-2025
      23:25 | PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün QƏBUL CƏDVƏLİ AÇIQLANDI
      21:40 | Azərbaycanda keçmiş partiya sədri həbs olundu
      21:30 | Nəticəsi eyni olan direktor namizədlərində öncəlik kimə verilir? -  RƏSMİ
      21:25 | Prezident GENERALI vəzifəsindən AZAD ETDİ -  Yeni təyinat /DOSYE
      16:00 | “Kasıbsansa, niyə sağlam olmalı, NİYƏ YAŞAMALISAN?!”- “30 ildə normal iqtisadi sistem yarada bilməyiblər”
      15:55 | Şimali Kiprin yeni seçilmiş prezidenti and içib
      15:50 | Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
      14:55 | SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT - Cavanşir Paşazadə özünü necə ”reklam edir”?
      14:47 | 11 tələbənin Prezident təqaüdü dayandırılıb
      14:41 | İlkin Süleymanovun vəkili saxlanıldı -  Xuliqanlıqda ittiham olunur
      14:15 | İRAN SPİRTLİ İÇKİLƏRDƏN istifadə edənlər siyahısında DÜNYADA 9-CUDUR - ÜST
      14:00 | Bu müəllimlərə maaşdan əlavə 2 min manat veriləcək
      13:30 | İRANDA SİYASİ QALMAQAL -  Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?
      13:23 | Bu məhkəmələrə yeni hakimlər təyin edildi -  ADLAR
      13:15 | Putin Qərbi hədələdi: "Bu silahlarla zərbə endirilsə, cavabımız ciddi olacaq”
      13:10 | Gələn ildən hansı maşınlara vergi güzəşti ləğv edilir?
      13:00 | “Sputnik Azərbaycan”ın daha bir əməkdaşı həbsdən buraxıldı
      12:45 | Gürcüstanda 80 MİLYONLUQ HEROİN TUTULDU - “QIRMIZI KÖRPÜ"DƏN KEŞİRİLİB...
      12:40 | ABŞ narkotik kartellərinə qarşı əməliyyata başlayır - Tramp
      12:35 | Azərbaycanda qadın hakimlərin sayı açıqlandı
      12:30 | “Süni intellekt insanları işsiz qoyacaq”- İlon Mask
      11:40 | Pakistan İranın Zeynəbiyun qruplaşmasına qarşı ƏMƏLİYYATA BAŞLADI
      11:30 | RUS NEFTİNİN 70 FAİZİ ABŞ SANKSİYASI ALTINA DÜŞDÜ - Çin və Hindistan çətin duruma salınır
      11:15 | Ölkədə 600-ə yaxın məktəbin DİREKTORU YOXDUR - Bu vəzifəyə təyinatda YENİ QAYDALAR /VİDEO
      11:00 | İlin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
      10:55 | Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb
      10:45 | Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada yerləşir
      00:55 | KİRAYƏ mənzil sahiblərinə PİS XƏBƏR - "VERGİ YÜKÜ 30 FAİZƏ ÇATACAQ”
      00:52 | Rusiya təyyarələri ölkənin hava məkanını pozub -  Litvanın Müdafiə Nazirliyi
      00:50 | Kiyev Rusiyadan təzminat almayacaq - Zaxarova
      00:41 | Amerikalı senator: TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq
      00:35 | Ərini öldürüb basdırdığı yerə “giriş qadağandır” nişanı qoyubmuş -  VİDEO
      00:30 | VERGİ GÜZƏŞTLƏRİNİN LƏĞVİ NƏ VƏD EDİR?- "Bu, insanların gəlirlərini azaldacaq"
      00:25 | Azərbaycanın güləşçiləri dünya çempionatında üçüncü olublar
      00:23 | "Tomahavk"dan güclü silahlarımız var - Zelenski
      00:20 | ABŞ Rusiyanı “terrorizmin sponsoru olan dövlət” elan edəcək - Senat təsdiqlədi
      00:15 | Donald Tramp Si Cinpinlə görüşəcək -  Kerolayn Levitt
      00:10 | NEFT FONDU 9 AYDA 10 MİLYARD DOLLAR QAZANIB - İqtisadçı açıqladı
      00:08 | Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyənləşib
      00:05 | "Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq"- Zelenski
      00:03 | Əylisli danışdı: Adımın Ramiz Mehdiyevlə yanaşı çəkilməsi...
      00:00 |  İcra başçısının oğluna yüksək VƏZİFƏ VERİLDİ - Dosye
      23-10-2025
      20:30 | TRAMP İSRAİLİ HƏDƏLƏDİ -  "Mən ərəb ölkələrinə söz vermişəm..."
      20:20 | Maaşdan DSMF-yə ödənilən vəsaitdə dəyişiklik olacaq?- AÇQLAMA /Yenilənib
      20:15 | Gələn il üçün minimum əməkhaqqı və minimum pensiyanın məbləği bəlli oldu
      16:20 | Azərbaycanda alimentin minimum məbləği ARTIRILIR
      16:15 | Əfqan Sadıqovu gürcü polisi yenidən saxladı - Səbəbi açıqlanmayıb
      16:00 | “Ay AYNA, BİZİM PULLAR HARA GEDİR?!”- NARAZILIQ ARTIR /VİDEO
      15:50 | Azərbaycanda heyvan bazarları bağlanır - RƏSMİ
      15:45 | Maduro: "Venesuela ABŞ-ın təhdidlərinə qarşı 5 mindən çox raket yerləşdirib"
      15:40 | Gələn ay Azərbaycanda 12 gün iş OLMAYACAQ - FOTO
      15:30 | Rusiya ukraynalı jurnalistlərin avtomobilini dronla vurub -  Müxbir və operator ölüb
      15:25 | "ABUTALIBOV DEDİ Kİ, MEHDİYEVİN DEDİKLƏRİNİ ELƏMƏSƏN..."- "Məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır"
      15:15 | “Yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil”- Keçmiş nazir
      15:00 | Sanksiyalar Medvedevi qəzəbləndirdi: “Bu, Rusiyaya qarşı müharibə aktıdır”
      14:55 | Ölkəyə gətirilən mobil telefonlara aksiz vergisi də tətbiq ediləcək -  100 MANAT...
      14:50 | Mehriban Rəhimlinin işi ayrıca İCRAATA VERİLİB - ARAŞDIRMA
      14:40 | ŞEYXİN 10 MİNLİK “HƏCİ BİZNESİ”- Və adi dindar üçün getdikcə əlçatmaz olan Həcc ziyarəti
      13:15 | Zelenski: Atəşkəsə hazırıq, amma... ərazi məsələsində güzəştə getməyəcəyik
      13:10 | Prezident İlham Əliyev Baş nazir Viktor Orbanı təbrik etdi
      12:52 | Şəmkirdə maskalı basqın -  Ev sahibini vuran şəxs tutuldu
      12:50 | Ədliyyə nazirinin Gəncədə vətəndaş qəbulu vaxtı dəyişdirilib
      12:21 | Bakıda ağır cinayət: 17 yaşlı gənc “QIZ söhbətinə görə” DOSTUNU ÖLDÜRDÜ
      12:10 | Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat - GÖZLƏNİLMƏZ AD
      12:05 | Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib - Diplomatların hərəkəti...
      12:00 | Bu il ARDNF-nin aktivləri 70 milyard 161,7 milyon dolları keçib
      11:50 | Suriyada gərginlik artır: İsrail bu ərazini atəşə tutdu
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.