Qazax-Çaylı avtomobil yolunda iki maşın toqquşdu: Ölən və yaralananlar var
Qazax-Çaylı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, “Ford” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən həyatını itirib.
Yol-nəqliyyat hadisəsi nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 79
Xəbəri paylaş
Paylaş: