Şok hadisə: Pilot sərnişin təyyarəsini vurmağa cəhd etdi
ABŞ-da bir pilot Alyaska Hava Yollarının 2059 saylı reysi zamanı təyyarəni qəzaya uğratmaqda şübhəli bilinərək həbs edilib.
Globall.az xəbər verir ki, ötən gün ABŞ-da bir pilot sərnişin təyyarəsini qəzaya uğratmaqda şübhəli bilinərək həbs edilib. Alaska Airlines-ın Vaşinqton ştatının Everett şəhərindən Kaliforniya ştatının San-Fransisko şəhərinə uçan 2059 saylı reysi zamanı 44 yaşlı pilot Cozef Devid Emerson təyyarəni qəzaya uğratmağa cəhddə şübhəli bilinərək həbs edilib.
Alaska Hava Yolları tərəfindən edilən açıqlamada şübhəlinin "təyyarənin mühərriklərini söndürməyə çalışdığı", lakin digər iki pilot tərəfindən zərərsizləşdirildiyi bildirilib.
Bildirilib ki, ekipaj hadisə barədə dərhal Hava Hərəkətini İdarəetmə Bürosuna məlumat verib və pilotlardan biri Hava Hərəkətini İdarəetmə Bürosuna “Mühərrikləri dağıtmağa çalışan şəxsi tutduq, o, hazırda arxadadır sakitdir."
Uçuş zamanı təyyarədə 80 sərnişin və kabin heyəti olmaqla ümumilikdə 83 nəfərin olduğu, şübhəlinin təyyarəni idarə etmədiyi, kapitan pilot və köməkçi pilotla birlikdə kabinədə olduğu bildirilib. Şübhəli şəxs tutulduqdan sonra təyyarə Oreqon ştatının Portlend şəhərinə məcburi eniş edib.
Polis qruplarına təhvil verilən şübhəlinin 83 dəfə "qəsdən adam öldürməyə cəhd", 83 dəfə "ehtiyatsızlıqdan təhlükə törətmə" və "təyyarə zədələmə" maddələri ilə cinayət işi açılıb və şübhəlinin Multnomahda saxlanıldığı bildirilib.
Hadisə Portlend Polis Departamenti və FTB tərəfindən idarə edilərkən, FTB "Bu hadisə heç bir təhlükə yaratmır və səyahət təhlükəsizdir" dedi. Hadisədən sonra sərnişinlər başqa bir təyyarə ilə yenidən San-Fransiskoya doğru yola düşüblər.