İsraildən quru əməliyyatı bəyanatı: Hazırıq, amma...
İsrail Ordusunun sözçüsü Daniel Hagari Qəzzaya qarşı quru əməliyyatının müxtəlif strateji və taktiki səbəblərə görə təxirə salındığını bildirib.
Globall.az turkustan.az-a istinadən xəbər verir ki, Həcərinin açıqlamaları İsrail dövlət televiziyası KAN-da yayımlanıb.
Həcəri oktyabrın 7-dən etibarən HƏMAS hava sistemində "İsrailə qarşı hücumlarda böyük rol oynayan" komandirlərdən 5-nin öldürüldüyünü iddia edib.
Sözçü bildirib ki, İsrail ordusu Daxili Kəşfiyyat Xidməti Şin-Bet (Şabak) və Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) göstərişi ilə Həmas-ın Şimal Diviziyasının tank əleyhinə raket kompleksinin komandiri İbrahim əl-Səhəri də məhv edib.
Qəzzəyə qarşı quru əməliyyatı ilə bağlı Həcəri, "Əlbəttə, hazırıq, lakin müxtəlif strateji və taktiki səbəblər var. Biz bütün Yaxın Şərqə baxırıq" dedi.
İsrail ordusunun radiosu bu gün bildirib ki, Təl-Əviv Qəzza zolağına qarşı "quru müharibəni" ABŞ-dan bölgəyə əlavə qüvvələr gələnə qədər təxirə salmağa qərar verib.