34 yaşlı müəllimə faciəvi şəkildə vəfat etdi
İsmayıllıda baş verən qəzada ölən qadın müəllim olub. Globall.az lent.az-a istinadən xəbər verir ki, Nigar Bayramova Zaqataladandır. O, orta məktəb müəllimi olub. *** Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində "MAZ" markalı yük avtomobili ilə "Azsamand" markalı minik avtomobili toqquşub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib. Araşdırma aparılır.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: