F-16 qəzası: Gülər yunan həmkarına zəng etdi
Türkiyənin müdafiə naziri Yaşar Gülər Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə telefon danışığı aparıb.
Globall.az axar.az-a istinadən xəbər verir ki, Gülər qəzaya uğrayan F-16 təyyarəsinin yaralanan pilotuna şəfa diləyib.
Dendias da öz növbəsində Gülərə səmimi arzularına və pilotla səmimi marağına görə təşəkkür edib.
Qeyd edək ki, ötən gün Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Halkidiki yarımadasının cənubunda yerləşən Psatura adası yaxınlığında qəzaya uğrayıb.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: