Separatçıların helikopteri qəzaya uğradı
Abxaziya "hərbi hava qüvvələri"nə məxsus Mi-24 helikopteri qəzaya uğrayıb. Globall.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə bölgədəki separatçı qurumun "müdafiə nazirliyi" məlumat yayıb. "Helikopter Vladimirovka qəsəbəsi yaxınlığında məcburi eniş edib. Şəxsi heyətin həyatı üçün təhlükə yoxdur", - məlumatda deyilir. Helikopter ekipajının hər üç üzvü sağdır.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: