İsrail Qəzzanın mərkəzini boşaldır - Deir əl-Bəlah sakinlərinə təxliyə göstərişi
İsrail ordusu (CAXAL) Qəzza zolağında əməliyyatların coğrafiyasını genişləndirib.
Xarici KİV xəbər verir ki, ilk dəfə olaraq, mərkəzi Qəzzada yerləşən Deir əl-Bəlah şəhərinin sakinlərinə rəsmi şəkildə təxliyə bildirişi göndərilib.
İsrail Ordusunun yaydığı açıqlamada deyilir: “CAXAL əvvəllər fəaliyyət göstərmədiyi bölgədə əməliyyatlarını genişləndirir”.
Təhlükəsizlik səbəbilə verilən bu təxliyə qərarı, Qəzzada vəziyyətin daha da gərginləşəcəyinin və hərbi əməliyyatların mərkəz bölgələrə də yayılacağının göstəricisi kimi qiymətləndirilir.
Press-fakt
Oxunub: 52
Xəbəri paylaş
Paylaş:




















