"ABŞ nüvə silahı istifadə etmədən Rusiyanı məğlub edə bilər"- The Telegraph
Rusiya ABŞ ilə qarşıdurmada çox az şanslara malikdir.
Bu barədə "The Telegraph" nəşrində yayımlanan məqalədə bildirilir.
Nəşr yazır ki, ABŞ Rusiyanın ordusunu hər hansı nüvə silahı və əsgər göndərmədən məhv edə biləcək gücə sahibdir.
Məqalədə qeyd olunur ki, Rusiya Ukraynaya hücum etməmişdən əvvəl silah siyahıları və bölmələr baxımından ABŞ ilə eyni imkanlara malik görünürdü. ABŞ-nin "Tomahawk" raketləri, "AWACS" radar təyyarələri və beşinci nəsil görünməz döyüş təyyarələri var idi, Rusiyada isə "Kalibr" raketləri, "Beriev A-50" "AWACS" və "Su-57" döyüş təyyarələri mövcud idi. Lakin real döyüş şəraitində bu texnikaların kifayət qədər təsirli olmadığı məlum olub. Putin tərəfindən vurğulanan “super silahlar” – "Kinzhal" və "Tsirkon raketləri" də real döyüşdə ABŞ-nin "Patriot" sistemləri qarşısında effektivliklərini itirmişdir.
Nəşr qeyd edir ki, əgər Rusiya AB-yə “təxminən bərabər” rəqib olsaydı, 2022-ci ildə Ukraynanı sürətlə məğlub edərdi, amma Ukrayna az sayda və texniki baxımdan zəif olmasına baxmayaraq, rus ordusunu dayandırdı.
Press-fakt