Tramp Rusiyanın Kiyevə kütləvi zərbəsinə reaksiya verdi: "Sülhü təhdid edir..."
ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Rusiyanın Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə açıq-aşkar gecə hücumu Ağ Ev prezidenti Donald Trampın axtardığı sülhü təhdid edir.
Bu barədə o , X sosial şəbəkəsində məlumat verib .
"Dünən gecə Rusiya 600 pilotsuz uçan aparat və 31 raketdən istifadə edərək müharibənin ikinci ən böyük hava hücumunu həyata keçirdi. Hədəflər? Əsgərlər və silahlar deyil, Kiyevin yaşayış məntəqələri - mülki qatarları, Aİ və Britaniya Şurasının missiya ofislərini və mülki insanları partlatmaq. Bu dəhşətli hücumlar sülhü təhdid edir", - o yazıb.
Bildirək ki, avqustun 28-nə keçən gecə Rusiya ordusu Kiyevə birləşmiş zərbələr endirərək silsilə partlayışlara səbəb olub. Şevçenkivski, Holosivski, Darnitski, Dniprovski və Desnyanski rayonlarında əhəmiyyətli dağıntılar qeydə alınıb.
Press-fakt