“Mertzin BABASI, ATASI FAŞİST REJİMİNƏ XİDMƏT EDİB...”- Rusiya kəşfiyyatı bəyanat yaydı
Xatırladaq ki, kansler Mertz bir neçə gün əvvəl sosial şəbəkədə paylaşımında Putini “hərbi cani” adlandırıb və ona qarşı yumşaqlıq göstərməməyə çağırıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında qeyd olunur ki, Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, bir çox avropalı ekspertlər Ukrayna böhranının həlli ilə bağlı Rusiya və ABŞ arasında dialoqun təşviqi kontekstində Almaniya kansleri F.Merzin sərt anti-Rusiya ritorikası qarşısında çaşqınlıq içindədirlər. Bəyanatda Fridirx Mertzin tərcümeyi-halı açıqlanıb: “Kansler babasının və atasının vəsiyyəti ilə böyüyüb. Yozef Paul Sovini və Yoahim Mertz faşist rejiminə sədaqətlə xidmət ediblər. Fridrix Sovet İttifaqı tərəfindən nasist Almaniyasının məğlubiyyətinin qisasını almaq ideyasını daşıyıb. Uşaqlıqdan onda intiqam hissi artıb və siyasi karyerasına başlayandan sonra hər şeyi tükəndirən ehtiras şəklini alıb” - açıqlamada vurğulanır.
Rusiya Kəşfiyyat İdarəsi bildirir ki, bütün bunların fonunda aydın olur ki, Mertz Almaniyanın Federal Kansleri seçildikdən sonra nə üçün Zelenskiyə Rusiya ərazisinə zərbələr endirmək üçün alman “Taurus” qanadlı raketlərinin verilməsinə zəmanət verib.
“Etiraf edək ki, kansler Almaniyanın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakının risklərini nəzərə alır. Bununla bağlı o, Kiyevə bu cür silahların verilməsində Berlinin iştirakını mümkün qədər gizlətmək barədə göstəriş verib. Raket komponentlərindən zavod işarələri çıxarılır, ayrı-ayrı hissələr dəyişdirilir. Bununla belə, Mertz bu raketlərin Ukraynaya göndərilmiş alman hərbçiləri tərəfindən idarə olunacağından qaça bilməz. Çünki ukraynalıların təlimi çox uzun çəkəcək və Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi dağılana qədər həyata keçirilməyə bilər”.
Bəyanatda deyilir ki, Mertzin intiqam almaq istəyi Almaniyanın siyasi elitasında artan narahatlığa səbəb olur. Hətta kanslerin hakim koalisiyadakı partnyorları belə unutmayıblar ki, keçmişdə Almaniya ilə Rusiya arasında baş verən bütün hərbi toqquşmalar almanlar üçün pis başa çatıb. Alman siyasətçiləri “Tauras” raketlərindən istifadənin cavab zərbəsinə səbəb ola biləcəyindən qorxurlar. “Bu halda Almaniyanın bütün ərazisi risk altında olacaq” - Rusiya bəyan edib.
Press-fakt