Ukrayna prezidenti Rusiyanın gecə hücumuna münasibət bildirib
"Əsl diplomatiyanın başlaya biləcəyi bir vaxtda Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər qəsdən törədilmiş cinayət və müharibənin uzanmasıdır".
Bunu öz Telegram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib", - deyə o vurğulayıb.
Zelenski Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib və əlavə edib ki, ümumilikdə təkcə paytaxtda onlarla yaralı var:
"Hələlik iki nəfərin öldüyü məlumdur, onlardan biri uşaqdır. Dünyasını dəyişənlərin bütün yaxınlarına və qohumlarına başsağlığı verirəm".
Bundan əlavə, o xatırladıb ki, Ukrayna Nazirlər Kabinetinin binasına ziyan dəyib - yuxarı mərtəbələrdə yanğın başlayıb:
"Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy-Roqda anbarların dağıntıları var, Sumı və Çerniqov vilayətlərindəki Safonovkada insanlar həlak olub. Odessada çoxmərtəbəli binaya hücum olub. Son 24 saat ərzində bir çox bölgə zərər çəkib. Vaşinqtonda dəfələrlə deyilib ki, danışmaqdan imtinaya görə sanksiyalar olacaq. Biz Parisdə razılaşdırılmış hər şeyi həyata keçirməliyik. Biz həmçinin hava hücumundan müdafiəmizin gücləndirilməsi ilə bağlı bütün razılaşmaların həyata keçirilməsinə ümid edirik. Hər bir əlavə sistem mülki insanları bu çirkin hücumlardan xilas edir"./report