II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan
2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz", - deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb:
"O başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər"./axar.az
Oxunub: 18
Xəbəri paylaş
Paylaş:




















