“Qarabağ”ın rəqibi baş məşqçisini qovdu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”ın rəqibi olan Niderlandın “Ayaks” klubu baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.
Press-fakt xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu qərara səbəb komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Türkiyə təmsilçisi “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olmasıdır.
Mayda Niderland təmsilçisinin “sükanı arxası”na keçən 41 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ildə başa çatmalı idi.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”ın rəqibi olan Niderlandın “Ayaks” klubu baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.





















