Dünyanın ən cazibədar idmançısı “Borussiya”nın futbolçusu ilə məşq etdi - FOTO

Dünyanın ən cazibədar idmançısı kimi də tanınan, almaniyalı yüngül atlet Alisa Şmidt Dortmund “Borussiya”sının futbolçusu Manuel Obafemi Akanci ilə birlikdə məşq edib.
Bu barədə sosial şəbəkədə video paylaşılıb.
Videoda Şmidt və Akanci iş günündən sonra gümrahlığı qorumaq üçün edilə biləcək yüngül idman hərəkətlərini nümayiş etdiriblər.
Xatırladaq ki, 2017-ci ildə “Busted Coverage” nəşri Alisa Şmidti dünyanın ən cazibədar idmançısı kimi qiymətləndirib.







Oxunub: 591
Xəbəri paylaş
Paylaş: