Rusiyada koronavirusa 11 022 yeni yoluxma qeydə alınıb - 441 nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusa 11 022 yeni yoluxma halı qeydə alınıb.
Yerli KİV bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 4 312 181 nəfərə çatıb.
Rusiyada son bir gündə həm də 441 pasiyent dünyasını dəyişib və pandemiya qurbanlarının ümumi sayı 88 726 nəfər olub.
İndiyədək 3 900 348 xəstə sağalıb.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.
Oxunub: 476
Xəbəri paylaş
Paylaş: