Ermənistanda daha 340 nəfər COVID-19-a yoluxdu -
5 nəfər ölüb
Ermənistanda son sutka ərzində daha 340 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunur ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 175 538 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə həm də 5 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3237-yə çatıb.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 834 nəfərdir. Aktiv xəstələrin sayı 6208 nəfər təşkil edir.
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: