Rusiyada koronavirus: son bir gündə 8277 nəfər yoluxdu, 409 nəfər öldü

Rusiyada son sutka ərzində koronavirusa 8277 yeni yoluxma halı qeydə alınıb.
Yerli KİV bildirir ki, Rusiyada son 24 saatda həm də 409 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 98 442 nəfər olub. İndiyə qədər 4 155 996 xəstə sağalıb.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: